Haqqında
ESAHS (onlayn Elektron statistika) sistemi Azərbaycan Mərkəzi Bankının interaktiv statistik məlumat bazasıdır.
Sistem Azərbaycanın bank-maliyyə sistemi və ümumilikdə ölkə iqtisadiyyatı barədə statistik məlumatları təqdim edir. İnternet səhifəsi vasitəsilə təqdim olunan bu xidmətin məqsədi istifadəçilərə Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı təşkilatlar tərəfindən toplanan və emal olunan makroiqtisadi statistikaya daha asan və sürətli çıxışı təmin etməkdir. Bu xidmət statistik məlumatlardan yararlanmaq üçün istifadəçilərə rahat naviqasiya sistemini və çoxfunksiyalı əməliyyat imkanlarını təqdim edir.